Əkrəm İmamoğlu: “Qərar nə olursa olsun…”

  • By admin
  • 14 Dekabr 2022 20:03

Barəsində  2 il 7 ay azadlıqdan məhrumetmə cəzası çıxarılan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu hökmə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, İmamoğlu Twitter hesabında “Qərar nə olursa olsun, sevincimizi və iradəmizi göstərmək üçün hər kəsi saat 16:00-da Saraçhaneyə dəvət edirəm” sözlərini paylaşıb.

HTML tutorial

CHP İstanbul təşkilatının  sədri Canan Kaftancıoğlu da Tvitter hesabından “Saat 16:00-da zalda duruşmaya baxarkən təşkilatımızı və istanbulluları eyni anda Saraçhaneyə gözləyirik” deyə açıqlama verib.

Digər tərəfdən, İYİ Partiya sədri Meral Akşener Twitter hesabında “Ankaradan yola düşdüm, Saraçhanedə görüşərik” deyib.

Bu açıqlamalardan sonra minlərlə insan İBB-nin Saraçhanedəki sədrlik binası qarşısına toplaşıb.

 

 

 

 

Gununsesi.info