
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar milli və pilotsuz döyüş təyyarəsi “Kızılelma”a ilə bağlı şad xəbəri elan edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Bu yaxınlarda Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan və orijinal olaraq “Baykar” tərəfindən hazırlanan “Bayraktar Kızılelma” yürüş testini uğurla başa vurdu. Test sürüşündən uğurla keçən “Kızılelma”a ilk dəfə olaraq bu gün havaya qalxıb.
“Kızelmanın” havaya qalxdığı anları sosial mediada paylaşan Selçuk Bayraktar, “daha yerdə saxlaya bilmədik, uçdu!”, deyə mesaj verib.
Gununsesi.info