Əkrəm İmamoğluna 2 il 7 ay cəza verildi - TÜRKİYƏDƏ ƏDALƏT ADINA DAHA BİR RƏZALƏT

  • By admin
  • 14 Dekabr 2022 19:52

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı Yüksək Seçki Qurumunun (YSK) (Mərkəzi Seçki Komissiyası-red.)üzvlərini təhqir etdiyi iddiası ilə açılan iddiada qərar açıqlanıb.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, İmamoğlu 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

HTML tutorial

Məhkəmə, həmçinin İmamoğlunun Türkiyə Cəza Məcəlləsinin (TCK) siyasi qadağa da daxil olmaqla 53-cü maddəsində göstərilən bəzi hüquqlarını həyata keçirməkdən məhrum edilməsinə qərar verib.

İşin son iclası İstanbulun Kartal şəhərindəki Anadolu Ədliyyəsində keçirilib.

Ədliyyə binası ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

Prosesi CHP-dən və digər müxalif partiyalardan olan deputatlar izləyib.

Türkiyənin hüquq-müdafiə təşkilatları bu hökmü Prezident ərdoğıanın sifarişi kimi dəyərləndirib.

Günay

Gununsesi.info