Hər kəsi təəccübləndirərək elə bir yerdə doğum etdi ki… – Hamilə olduğunu bilmirdi

  • By arzu
  • 14 Dekabr 2022 12:30

Ekvadordan təyyarə uçuşu ilə Hollandiyaya gedən qadının doğumu dünya mediasının gündəmində yer alıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Tamara adlı hamilə olduğunu bilməyən və təyyarənin tualetində doğum edən xanım həyatının ən  böyük şokunu yaşayıb.

HTML tutorial

Onun bu başına gələnlər böyük əks-səda doğurub. Doğum edən qadına iki sərnişin həkim və 1 tibb bacısı yardımçı olub. Ana körpəsinin durumunun yaxşı olduğunu açıqlayıb. Təyyarə Amsterdamda keçid dayanacağı edərkən xanım və körpəsi Hollandiyadakı bir xəstəxanaya götürülüb.

Uşağa qadın doğum edərkən köməklik edən həkimlərdən birinin adı verilib: Maksimilano.

Ana və körpəsi müalicə altına alınıb. Amsterdamdakı xəstəxanadan doğum hadisəsi ilə bağlı açıqlamada bu cümlələrə yer verilib:

“Tamara Hollandiyaya enmədən bir neçə saat öncə şiddətli qarın ağrısı ilə tualetə gedib. Həmin zaman qısılmalad başlayıb. Doğum etdiyini fərq edən qadın tibb ilçilərinin köməyi ilə körpəsini qucağına alıb. Bu olayla bağlı hər kəs çaşğınlığa düşüb”.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info