
Ukraynanın Kiyev, Jitomir və Vinnitsa vilayətlərində hava hücumu təhlükəsi elan olunub.
Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, paytaxt Kiyevin ətraf ərazilərində və şəhərin özündə partlayış səsləri eşidilib.
Kiyevin meri Vitaliy Kliçko isə vilayətin Şevçenko bölgəsində partlayışların baş verdiyini təsdiqləyib. O, hadisənin detallarının daha sonra açıqlanacağını bildirib.
Gununsesi.info