Kəlbəcərdə 4 nəfər minaya düşdü -YENİLƏNDİ

Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, 3 nəfər xəsarət alıb.

HTML tutorial

19:09

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

“Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər”, – DİN-in məlumatında bildirilib.

Gununsesi.info