
İsrail hökuməti İordan çayının Qərb sahilini (Qərbi Şəriə) ilhaq etməyə hazırlaşır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı təklif irəli sürülüb.
Fələstin torpaqlarının İsrailin tərkibinə qatılması ilə bağlı bu ölkənin Qüds və Vəd edilmiş Torpaqları Naziri Amihai Eliyahu açıqlama verib.
“İordan çayının Qərb sahilində öz suverenliyimizi tətbiq etməliyik. Mümkün olduqca, erkən və ağıllı bir şəkildə öz suverenliyimiz altına almağımız lazımdır”, – deyə bildirib.
Milli Təhlükəsizlik Naziri Itamar Ben Qvirin öndərliyindəki aşırı sağçı Yəhudi Gücü Partiyasının üzvü olan Nazir Eliyahu bu barədə İsrail ordu radiosuna müsahibəsində bildirib.
İsrail hökumətindən nazir Eliyahunun sözləri haqqında açıqlama verilməyib.
Xatırladaq ki, İsrailin 1967-ci il savaşından sonra işğal etdiyi İordan çayının Qərb sahilində (Qərbi Şəriə) 250 qanunsuz yəhudi məskunlaşma məntəqələri var. Bu məskunlaşmalarda 400 mindən çox əyhudi yaşayır.
Beynəlxalq qanunvericiliyə görə, işğal altındakı torpaqlarda olan bütün yəhudi məskunlaşma məntəqələri qanunsuz sayılır.
Tərcümə: Arzu