
Qazaxıstan Rusiyaya 106 adda məhsul ixracını dayandırıb.
Gununsesi info xəbər verir ki, bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev Senatda çıxışı zamanı deyib.
“Biz 106 müxtəlif mal istisna olmaqla, bütün malları ixrac edirik, son nəticədə onları məhdudlaşdırırıq”, – deyə Torebayev bildirib.
Nazir müavini qeyd edib ki, bu mallara dronlar, onların daxili hissələri, xüsusi elektronika və çiplər daxildir.
Həmçinin, onun sözlərinə görə, onlar Qazaxıstanda istehsal olunmur, ancaq xaricdən gətirilir.
Gununsesi info