Kadırov kürəkənini yüksək vəzifəyə təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov kürəkəni Visxan Matsuyevi yüksək vəzifəyə təyin edib.

Gununsesi.info Lenta.ru-ya istinadən xəbər verir ki, V. Matsuyev Baş nazirin müavini və kənd təsərrüfatı naziri vəzifələrinə təyinat alıb.

Qeyd edək ki, V. Matsuyev siyasətə gəlişinədək Çeçenistan Miqrasiya İdarəsinin xarici pasportlarının təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə Miqrasiya İdarəsinə rəhbərlik edib.
O, R. Kadırovun qızı Ayşat Kadırova ilə evlidir. A. Kadırova ölkənin mədəniyyət naziridir.