Bakıda qadınlar arasında KÜTLƏVİ DAVA: Xəsarət alan var

Bakıda qadınlar arasında kütləvi dava olub.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsində qeydə alınıb.

Bir qrup qadın arasında düşən davada 1971-ci il təvəllüdlü Aybəniz Əlibəyova döyülüb.

Hadisə barədə polisə məlumat verilib.

Hazırda polis A.Əlibəyovanı döyən qadınların müəyyən edilərək  tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Gununsesi.info