
Bu gün Bakıda Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 148 illiyi ilə bağlı keçiriləcək “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusundakı konfrans keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, konfransı giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Azərbaycan mediasının tarixinə nəzər salıb: “Heydər Əliyev dövründən danışmışkən, yazılı mətbuatın sıradan çıxmasının qarşısının alınmasını da buraya xüsusi qeyd etmıək lazımdır. Məhz Heydər Əliyevin hakimiyyəti dövründə çap mediası yaşaya bildi. O zaman qəzetlərin nəşiryyata olan borcu bağlandı. Heydər Əliyev zaman-zaman qəzet rəhbərləri ilə görüşüb, onları dinləyib. Sonradan onun varislik siyasətini cənab prezident İlham Əliyev davam etdirdi. Mətbuat Şurasının yeni binasının açılışında cənab prezident Azərbaycanın müstəqil mətbuatı qarşısında bir sıra vəzifələr qoydu. Vətənpərvərlik hissi, dövlətçilik maraqlarından çıxış hər zaman Azərbaycan mətbuatı üçün prioritet oldu. Yeni media qanunun qəbulu da Azərbaycanın müstəqil mətbuatının gələcəyi üçün mühüm baza oldu”.
Media İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxışında bildirdi ki, Zəfər bayramı ilə başa çatan ölkəmizdə müstəqil medianın yeni mərhələsi üçün ölkə başçısı tərəfindən mühüm qərarlar qəbul olundu:
“Azərbaycan dövləti üçün müstəqil mətbuatın mövcudluğu prioritet oldu. 2021 ci ildə Media İnkişaf Agentliyi yaradıldı. Dərhal sonra “Media haqqında” yeni qanunun hazırlanması prosesinə başlanıldı. Burada məqsəd dövlətin mediaya verdiyi dəstəkdən söhbət gedir. O dəstək ki, Azərbaycanda müstəqil media həm də iqtisadi cəhətdən güclü ola bilsin. Bildirim ki, bütöv dövr ərzində Azərbaycanda media subyektləri ƏDV-dən və mənfəət vergilərindən azad olundu. Bundan başqa Media Reyestri yaradıldı və sizə bildirim ki, ölkənin ən ciddi media quruluşları hamısı bu prosesdən keçdi. Artıq Media Reyestri tamamlanmaq üzrədir”.
Tədbirdə daha sonra çıxış edən natiqlər Azərbaycanda mətbuatın problemi və perspektivləri barədə də danışıblar. Eyni zamanda konfransda Mətbuat Şurasının sədri Rəşad Məcid, Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin əməkdaşları və digər media nümayəndələri iştirak edirlər.
Gununsesi.info