İsveç Ukraynaya yeni hərbi yardım paketi göndərəcək

İsveç Ukrayna Silahlı Qüvvələrinə 443 milyon rubl məbləğində yeni, 17-ci hərbi yardım paketi göndərəcək.

Gununsesi.info xəbər verir ki, bunu Krallığın Müdafiə Nazirliyinin rəhbəri Pol Conson deyib.

Xüsusilə, yeni yardım paketinə piyadaların döyüş maşınları üçün döyüş sursatı, həmçinin İsveçin “Qripen” qırıcılarının gələcəkdə Kiyevə köçürülməsi üçün satınalmalar daxildir. Lakin hazırda bu tip silahların təhvil verilməsindən söhbət getmir.

“Biz Gripeni, bəlkə də, sonrakı mərhələdə Ukraynaya bağışlamaq istəyirik”, – müdafiə departamentinin rəhbəri qeyd edib.

İyulun 11-də İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, F-16 qırıcılarının tədarükü proqramı qüvvədə olduğu müddətdə krallıq JAS 39 Gripen təyyarələrini Ukraynaya ötürməyəcək.

İsveç Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar o demək deyil ki, İsveç gələcəkdə Ukraynanı özünün “Qripen” qırıcıları ilə təchiz etməyə hazır olmayacaq.

 

 

Gununsesi.info