Tələbə 7-ci mərtəbədən yıxılıb öldü

  • By Günel
  • 09 Sentyabr 2024 17:10

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

Gununsesi.info APA -ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

2003-cü il təvəllüdlü Fuad Şirin oğlu İsmayılov yaşadıqları bınanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

F. İsmayılov universitet tələbəsi olub.

Fakt araşdırılır.

Gununsesi.info