
Qəzzada xəstəxanaya hücum nəticəsində ölənlərin xatirəsinə Suriyada 3 günlük matəm elan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Bu müddət ərzində Suriyada və onun xaricdəki bütün səfirliklərində bayraqlar yarıya endirilib”, – məlumatda deyilir.
Qeyd edək ki, Qəzza zolağında yerləşən xəstəxanaya hücum nəticəsində 800 nəfər həyatını itirib.
Gununsesi.info