
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi donorları 2023-cü ilin sonuna qədər qaçqın və məcburi köçkünlərə 650 milyon dollar ayırmağa və 2024-cü ildə bu cür dəstəyi davam etdirməyə çağırıb.
Gununsesi.info-nun məlumatına görə, onun rəhbərlik etdiyi Ofisin İcraiyyə Komitəsinin (OHCHR) Cenevrədə açılan 74-cü sessiyasında çıxış edən Qrandi xəbərdarlıq edib ki, vəsait gəlməsə, “fövqəladə hallar da daxil olmaqla, bir çox mühüm sahələrdə xərclərin azaldılmasına ehtiyac olacaq”.
“Biz hələ də bu ilin sonuna qədər doldurulmalı olan 650 milyon dollarlıq kəsirlə üz-üzəyik”, – deyə BMT-nin ali komissarı bildirib. O, dünyada 110 milyon qaçqın və köçkünün olduğunu xatırladaraq, deyib ki, bu vəsaitləri ayırmaq lazımdır.
“2024-cü il üçün perspektivlər daha da narahatedicidir və xüsusilə bizim və qaçqınların qida ilə təmin olunmasında əvəzsiz rol oynayan Dünya Ərzaq Proqramı kimi ən yaxın tərəfdaşlarımız üçün narahatlıq doğurur”, – Qrandi bildirib. O, vəsaitlərin “çox təcili” ayrılacağını gözlədiyini vurğulayıb, çünki əks halda “fövqəladə hallar da daxil olmaqla bir çox həyati vacib sahələrdə xərclərin azaldılması lazım gələcək”. “Mən hər kəsi əlavə səylər göstərməyə çağırıram, o cümlədən Körfəz regionundakı donor dövlətlər və töhfələri azalmış və ya heç vaxt əhəmiyyətli olmayan digər ölkələr”, – deyə ali komissar bildirib.
Səid Əhmədli
Gununsesi.info