
Qəzzada xəstəxanaya edilən hücumlar cinayət və insanlıqdan çıxarma aktıdır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya mətbuatına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əlbəttə, biz belə bir əməli cinayət, insanlıqdan çıxarma hərəkəti kimi təsnif edirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, İsrail tərəfi insidentdə iştirak etmədiyinə dair sübut təqdim etməlidir. “Siz təkcə mediada və sosial şəbəkələrdə şərhlər verməklə kifayətlənməlisiniz, həm də faktlar təqdim etməlisiniz”, o qeyd edib.
Zaxarova həmçinin ABŞ-ı vəziyyəti aydınlaşdırmağa və faciənin günahkarını müəyyən etməyə yardım edəcək peyk şəkillərini təqdim etməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl İsrailin Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500 nəfərə çatdığı bildirilib.
Fələstin prezidenti Mahmud Abbas Qəzzadakı xəstəxanaya hücumda həlak olanlar üçün üç günlük matəm elan edib.
Səid Əhmədli
Gununsesi.info