
ABŞ prezidenti Co Baydeni daşıyan “Air Force One” təyyarəsi İsrailə eniş edib.
Gununsesi.info xəbər verir ki, Baydeni İsrailin baş naziri Netanyahu qarşılayıb. Bayden və Netanyahu birgə bəyanatla çıxış ediblər.
“Belə bir müharibə dövründə İsrailə səfər edən ilk ABŞ prezidentisiniz. Bütün İsrail xalqı adından sizə təşəkkür edirəm”, – deyə Netanyahu bildirib. Bayden isə öz növbəsində “Mən istəyirəm ki, bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”, deyib.
Netanyahu bildirib ki, İsrail HƏMAS-ı məğlub etmək məsələsində birləşib. “Biz regionumuzda sülh və təhlükəsizliyin bərqərar olmasına çalışırıq. Sizin kimi yaxşı dostdan başqa heç kim yoxdur. Siz belə bir müharibə dövründə İsrailə səfər edən ilk ABŞ prezidentisiniz. Bütün İsrail xalqı adından sizə təşəkkür edirəm”.
ABŞ prezidenti qeyd edib ki, HƏMAS-ın hücumlarında minlərlə insan həlak olub, çoxlu insan girov götürülüb. “O qədər dəhşətli şeylər törədiblər ki, məntiqsizdirlər. Amerikalılar sizinlə razılaşır və narahatdırlar. İsrail özünü müdafiə etmək üçün əlindən gələni edə bilər və biz bunun baş verəcəyinə əmin olacağıq”, – deyə Bayden bildirib.
ABŞ prezidenti qeyd edib ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir: “HƏMAS onlara ağrıdan başqa bir şey gətirməyib. Biz günahsız fələstinlilərin həyatını qorumaq və xilas etmək üçün diqqətli olmalıyıq, çünki biz amerikalılar beləyik. İsrail xalqının cəsarəti, qətiyyəti və qəhrəmanlığı həqiqətən də heyrətləndiricidir. Mən burada olmaqdan qürur duyuram”.
Qəzzada xəstəxanaya edilən hücumu “partlayış” adlandıran Bayden deyib: “Üzgünəm, xəstəxanadakı partlayışı İsrail deyil, qarşı tərəf etmiş kimi görünür. Amma bir çox insan bundan əmin deyil. Bu səbəbdən daha çox şey ortaya çıxarılmalıdır”.
Səid Əhmədli
Gununsesi.info