
Misir vasitəsilə blokadada olan Qəzza zolağına humanitar yardımın çatdırılması tezliklə başlayacaq.
Gununsesi.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü Ofir Gendelman “Anadolu” agentliyinə bildirib. “İsrail Misir vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasına etiraz etmir, sadəcə olaraq onun HƏMAS-ın əlinə keçməməsinə əmin olmaq istəyir”, – Gendelman deyib.
Gendelman qeyd edib ki, İsrail HƏMAS-ı məhv etmək üçün hərbi səylərinin vaxt aparacağını qəbul edir. “Bununla belə, biz uzun müharibəyə hazırıq”, o vurğulayıb.
Sözçünün sözlərinə görə, Qəzza-İsrail sərhədinin hər iki tərəfində təhlükəsizlik və sabitliyi təmin etmək üçün İsrailin HƏMAS problemini aradan qaldırmaq üçün radikal, realist və uzunmüddətli həll yoluna ehtiyacı var.
Gendelman eyni zamanda ABŞ, Böyük Britaniya, Almaniya və Fransa başda olmaqla bir çox ölkənin HƏMAS-a qarşı müharibədə İsraili dəstəklədiyinə diqqət çəkib.
“Aydın deyə bilərəm ki, HƏMAS qalmayacaq. Bundan sonra Qəzzada dinc və qeyri-terror idarəsi olmalıdır”, – sözçü bildirib.
“İsrail Qəzza zolağında terror təşkilatının olmasına icazə verməyəcək. Sivil dünya İŞİD tərəfindən məhv edildiyi kimi HƏMAS da məhv ediləcək”, – deyə o qeyd edib.