
Amerika prezidenti Co Bayden demokratların açıq üstünlüyə malik olmadığı “yeddi yelləncək” adlanan ştatda seçicilərin dəstəyini itirə bilər.
Gununsesi.info xəbər verir ki, bu qənaətə “Bloomberg” agentliyi “Bloomberg News və Morning Consult” araşdırma şirkəti tərəfindən aparılan sorğunun nəticələrinə əsasən gəlib.
Məlumata görə, Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina ştatlarında respondentlərin 47%-i əvvəllər prezident postunu tutan respublikaçı Donald Trampı dəstəkləyib.
Yelləncək ştatlarında respondentlərin 51%-i Baydenin dövründəkindən Trampın dövründə “iqtisadiyyatın daha yaxşı vəziyyətdə olduğunu” söyləyib. Agentlik qeyd edib ki, Trampın immiqrasiya və infrastruktur kimi bəzi əsas məsələlər üzrə siyasəti əhəmiyyətli dəstək alıb. “Bundan əlavə, respondentlərin əksəriyyəti eks-prezidentin ABŞ-Çin münasibətləri və Ukrayna münaqişəsi, yəni “çox vaxt Baydenin gücü hesab edilən” beynəlxalq məsələlərlə bağlı baxışını bölüşür”, Bloomberg yazır.
Agentlik yazır ki, yeddi yelləncək ştat 2024-cü il prezident seçkilərinin nəticələrinə təsir göstərə bilər. Keçmiş seçkilərdə nəticəni müəyyən edən mübahisəli ştatlarda seçicilərin qərarları idi.
Sorğu oktyabrın 5-dən oktyabrın 10-a qədər aparılıb və 5023 amerikalı iştirak edib. Səhv marjası 1 faizlik bəndlə olub.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 25 aprel 2023-cü ildə Bayden prezident postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib.