
Fransanın Bordo, Nant, Lill və Montpelier şəhərlərinin hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb. Qorxunc anlar BFMTV kanalında yayımlanıb.
Gununsesi.info xəbər verir ki, polis Montpelye hava limanına çatarkən bomba zərərsizləşdirmə qrupları hava limanında axtarışlar aparıb.
Yerli vaxtla saat 10.30-da Lille hava limanından təxminən 300 sərnişin təxliyyə edilsə də, bu hava limanında fəaliyyətlər 12.00 radələrində tədricən bərpa edilib.
Son günlər ölkədə məktəb, hava limanı, muzey kimi ərazilərdə edilən saxta bomba təhdidlərinin ardından ədliyyə naziri Erik Dupond-Moretti dünən mətbuata açıqlamasında saxta bomba təhdidi verənləri tapıb cəzalandıracaqlarını açıqlayıb.
Dünən ölkədəki 6 hava limanı bomba təhdidlərinə görə boşaldılıb, lakin xəbərlərin əsassız olduğu üzə çıxıb.