İsmayıl Kaani İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı vəzifəsinə təyin olunub. Gununsesi.org-un məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib.
Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.
COMMENTS