Ən gözəl evli qadın seçildi

Ən gözəl evli qadın seçildi

Rusiyanın Sankt-Peterburq şəhərindən olan İrina Qoqol evli qadınlar arasında keçirilən “Missis Kainat Gözəli” gözəllik müsabiqəsinin qalibi olub. Gununsesi.org-un məlumatına görə, bu barədə “MİR 24” telekanalı xəbər verib.

Çinin Quançjou şəhərində keçirilən müsabiqəyə ümumilikdə 90 gözəl qatılıb.

İrina Qoqol uşaqlıqdan voleybolla məşğul olur və hazırda Sankt-Peterburqun qadınlardan ibarət yığma komandasına başçılıq edir. Onun həyat yoldaşı da idmançıdır. Cütlüyün iki övladı var.

Qeyd edək ki, İ.Qoqol 2018-ci ildə “Vitse-missis Sankt-Peterburq”, 2019-cu ildə isə “Missis Rusiya Kainat Gözəli” və “Missis Xeyriyyəçilik” titullarına sahib olub.

Gununsesi.org

COMMENTS