Yurçeviç Azərbaycan millisinə belə vida etdi

Yurçeviç Azərbaycan millisinə belə vida etdi

Azərbaycan millisinin baş məşqçisi postundan gedən Nikola Yurçeviç sosial şəbəkə hesabında vida sözləri yazıb.

Gununsesi.org xəbər verir ki, xorvatiyalı mütəxəssis hər kəsə təşəkkür edib:

“AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisini çalışdırdım. Mənim üçün böyük mübarizə oldu, hər andan həzz aldım. Hər kəsə – futbolçulara, köməkçilərə, azarkeşlərə, AFFA-ya təşəkkür edirəm. İndi yeni fürsətlər üçün səbirsizlənirəm”.

Qeyd edək ki, Azərbaycan millisi 52 yaşlı mütəxəssisin rəhbərliyi ilə AÇ-2020-nin seçmə mərhələsində 8 oyuna 1 xal yığıb.

Gununsesi.org

COMMENTS