Liviyada raket zərbələrinə görə uçuşlar dayandırılıb.
Gununsesi.org-un “Qafqazinfo”ya istinadən məlumatına görə, ölkənin paytaxtı Tripolidə yerləşən tək mülki hava limanının yaxınlığına raket zərbələri endirilib. Mitiqa beynəlxalq hava limanının rəhbərliyi bu silahlı hücuma görə bütün uçuşları dayandırıb.
Raket zərbələrini kimin həyata keçirdiyi bəlli olmasa da, son zamanlar müxalif lider Xəlifə Xaftarın ordusu paytaxt Tripoli və Mitiqa aeroportunu ələ keçirmək üçün bir neçə hücumlar həyata keçirdiyi qeyd olunub.
COMMENTS