Bağdad Hava limanında ABŞ-ın raket zərbələri nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin komandanı, general Qasım Süleymaninin və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülməsi İsraildə də narahatlıq yaradıb.
Gununsesi.org Rusiya mətbuatına istinadla xəbər verir ki, İsrailin Baş Naziri Binyamin Netanyahu məhz bu səbəbdən Yunanıstana səfərini təxirə salıb.
İsrail Dövlətinin Müdafiə naziri Naftali Bennett isə Qasım Süleymaninin öldürülməsindən dərhal sonra təcili müşavirə keçirib.
“RİA Novosti”nin yaydığı məlumata görə, xüsusi xidmət orqanları və ordu rəhbərlərinin iştirak etdiyi müşavirədə Livan, Suriya və Qəzza bölgəsindən gələn hər hansı bir hücumlardan qorunmaq məqsədi ilə İsrail ordusu şimal sərhədlərində yüksək hazırlıq səviyyəsinə gətirilməsi barədə qərar qəbul olunub.
COMMENTS