İraqın baş naziri Süleymaninin öldürülməsi haqqında: “Bu, İraq xalqına, dövlətinə qarşı düşmənçilikdir”

İraqın baş naziri Süleymaninin öldürülməsi haqqında: “Bu, İraq xalqına, dövlətinə qarşı düşmənçilikdir”

İraqın Baş Naziri Adil Əbdül Mehdi İran generalı Qasım Süleymaninin Bağdadda ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.

 

Gununsesi.org məlumat verir ki, “Qafqazinfo”nun “NTV”yə istinadən verdiyi xəbərə görə, dövlət rəsmisi bu hücumu ölkə suverenliyinin pozulması kimi qiymətləndirib:

“Bu, İraq xalqına, dövlətinə və hökümətinə qarşı düşmənçilikdir. Süleymani və Mühəndis İŞİD-ə qarşı mübarizədə zəfərin simvolik liderləri idilər. Onların öldürülməsi İraqda və bölgədə dağıdıcı müharibəni sürətləndirəcək”.

Əbdül Mehdi bu sui-qəsdin müzakirə edilməsi, təhlükəsizlik və suverenliyin qorunması çərçivəsində lazımi qərarlar qəbul etmək üçün parlamenti fövqəladə iclas keçirməyə çağırıb.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib. ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

Gununsesi.org

COMMENTS