Tramp: “İran heç vaxt müharibədə qələbə qazanmayıb”

Tramp: “İran heç vaxt müharibədə qələbə qazanmayıb”

ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib.

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, D. Tramp İranın heç vaxt müharibədə qələbə qazanmadığını bildirib.

“İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH“Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.

Gununsesi.org

COMMENTS