Qasim Süleymani kimdir: Hərbi çevriliş dəstəkçisi, qatil Əsədin yaxın dostu və …

Qasim Süleymani kimdir: Hərbi çevriliş dəstəkçisi, qatil Əsədin yaxın dostu və …

Bu gün yerli mətbuatda İranın məşhur generalı Qasim Suleymaninin Amerika tərəfindən öldürlüdüyü yazılır.

Gununsesi.org İranda “Əfsanəvi general” adlandırılan Qasim Süleymani haqqında portret yazı hazırlayıb.

Öncə onu deyək ki, Süleymani Qasim 11 mart 1957-ci ildə doğulub (Wikipedia). “İranın İslam İnqilabı Keşikçiləri Korpusu”nun General-mayoru kimi tanınıb.

Süleymani İran dövləti tərəfindən İranın xaricində gerçəkələşdirilən bir sıra hərbi əməliyyatlarda fəallıq göstərib və iştirak edib.

Qərb ekspertlərinin hesablamasına görə, Suriya ordusu vətəndaş müharibəsi ərzində 80-100 min hərbçi itirib. Bu boşluğu rəsmi Tehran Hizbullah və İran İslam İnqilabi Keşikçiləri Korpusunun hesabına doldurub. Həmas kimi təşkilatın döyüşçüləri də bu orduda yer alıb.

Süleymaninin Suriyanın hazırkı lideri Bəşər Əsədlə də yaxın münasibətləri olub. Hətta Əsədin öz xalqını bombalanmasında və hərbi güclə öldürməsində yaxından dəstək verən şəxlərdən biri də elə Qasim Süleymanidir.

 

Suriya prezidenti Bəşər Əsədin çıxışlarından birini xatırlayaq: “General Qasim Süleymani mənim qəlbimdədir”.

 

General Qasim Süleymani həmçinin İranın Livanda nəzarət altında saxladığı Hizbullah təşkilatının 60 min üzvünün Suriyaya gətirilməsində və sıfırdan Suriya üçün ordu yaradılmasında da məsuliyyət almış İran generallarından biridir. Aydındır ki, bu irimiqyaslı prosesə general Süleymani rəhbərlik edib.

 

Bir çox ekspertlər Süleymanini Yaxın Şərq bölgəsini yaxşı bilib-tanıyan şəxs kimi də təqdim edirdilər.

Süleymani həmçinin İranın İraqda keçirdiyi hərbi əməliyyatlarında da yaxından iştirak edib.

 

Qasım Süleymani 1999-cü ildə Tehranda tələbələrin kütləvi nümayişləri başlayan zamanı o vaxt İranın beşinci prezidenti Məhəmməd Hətəmiyə (1997-2001) yazılan açıq məktuba imza atan zabitlərdən biri idi. Məktubda zabitlər birmənalı şəkildə bəyan edirdi ki, tələbə nümayişlərinin qarşısı dərhal alınmalıdır, əks təqdirdə onlar ölkədə hərbi çevriliş edəcək…

 

 

Mülki paltarda gəzən general kmi tanınan general Süleymani haqqında ABŞ-ın Dövlət Departamentinin rəsmi təmsilçisi Şon Makkormak fikirlərini belə ifadə etmişdi: “Dünya bu adamsız daha yaxşı olub. O, saysız-hesabsız günahsız ölümlərə görə məsuliyyət daşıyan soyuqqanlı qatil, terrorçu idi”.

Amerikanın Dövlət Katibi Mayk Pompeo isə Süleymani haqqında fikirlərini bu cür ifadə edib: “İranın neft gəlirləri Qasım Süleymani və Sepah tərəfindən terrora xərclənir”

 

Ağ Ev tərəfindən gerçəkləşdirilən hücumla İranın “Əfsanəvi”  adlandırılan generalının öldürülməsi bölgənin hərbi konturlarının yenidən cızılmasında yeni  paradiqmalar ortaya çıxara bilər.

Digər tərəfdən, məsələnin İran tərəfi də var. Bu ölüm İranın daxilində Amerikayönlü hərəkatların mövqeyi gücləndirə bilər.

 

 

Gununsesi.org

COMMENTS