Azərbaycan ötən il ixracatı artırıb

Azərbaycan ötən il ixracatı artırıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac edib.

Gununsesi.orgbu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.

İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil edib.

Hesabat dövründə Azərbaycan daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən məmulatlar ixrac edib.

Azərbaycanın ixrac etdiyi məhsulların məbləğinə görə ilk beşliyi:

Məhsulun adı Yanvar-noyabr 2019-cu il Yanvar-noyabr 2018-cu il
miqdar məbləğ (min $) miqdar məbləğ (min $)
Neft, ton 29 129 959,81 14 006 510,50 27 143 456.10 14 621 241.23
Təbii qaz, min kubmetr 10 464 906,73 2 078 693,83 6 450 694,35 1 256 132,50
Meyvə və tərəvəz, ton 563 169,47 541 926,21 549 369,51 495 060,85
Neft məhsulları, ton 849 199,17 401 992,06 933 636,15 481 039,79
Plastik kütlə və plastik kütlədən məmulatlar, ton 232 359,28 168 090,69 150 300,58 110 267,23

Gununsesi.org

 

COMMENTS