Su şirkətinin xidmətindən narazılıq var

Vətəndaş “İnci Su” şirkətinin xidmətindən narazılıq edir.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

“Utanmaz-utanmaz suyun qiyməti 3,50 AZN-dir. Bir dəfə sifariş etdiyim suyun bidonları çox pis vəziyyətdə idi, sanki palçığa batırıb gətirmişdilər. WhatsApp nömrələrinə yazıb məlumat verdim, bundan sonra bidonları təmiz gətirdilər.

İndi də şənbə günü səhər tezdən 3 ədəd bidon sifariş etdim. Həmin günün sonuna qədər gətirəcəklərini dedilər. Bu gün bazar günüdür, amma heç bir xəbər yoxdur. Hətta əlaqə saxlayıb üzr belə istəməyiblər. İndi deyin görüm, 3 AZN-lik su ilə 3,50 AZN-lik su sifarişi arasında nə fərq var?”

 

 

Firuzə

Gununsesi.info