Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 10:10

“Azərbaycan Dəmir Yolları” QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.

Bu barədə Gununsesi.info-ya ADY-dən məlumat verilib.

Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.

Gununsesi.info