Oktyabrın 16-da Polşa hərbi jandarmeriyası Lodzdakı Hərbi Tibb Akademiyasının kursantını casusluq şübhəsi ilə saxlayıb.
Gununsesi.info-nun xəbərinə görə, müdafiə nazirinin müavini Sezari Tomçik məlumatı təsdiqləyib.
Saxlanılan şəxs ehtiyat təlimində iştirak edir və ikili Polşa və Ukrayna vətəndaşlığına malikdir.
Tomçik şübhəlinin Polşa ordusunda istifadə edilən konkret avadanlıq növləri haqqında məlumat toplamaqda iştirakını etiraf etdiyini vurğulayıb.
Mənbənin məlumatına görə, saxlanılan şəxs bu yaxınlarda Polşa vətəndaşlığını alıb. Hüquq-mühafizə orqanları hazırda onun fəaliyyətinin səbəblərini araşdırmağa davam edir.
Maqsud












