Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, Ərdoğan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ölkəm və millətim adından ürəkdən təbrik edirəm”, – deyə Türkiyə prezidenti bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevə və sevincdə, kədərdə hər zaman bir olduqları Azərbaycan türklərinə salamlarını çatdırıb.
Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu tarix Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunur.












