Anar Bayramov səhiyyə naziri təyin edilib

  • Müəllif: Orxan
  • 19 Oktyabr 2026 11:27

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Anar Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, dövlət başçısının digər sərəncamları ilə Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad olunaraq Baş nazirin müavini təyin edilib.

Gununsesi.info