
İngiltərənin Müdafiə Rədarükü Naziri Ceyms Kartlidc ölkəsinin Türkiyə ilə olan münasibətlərindən danışıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ceyms Kartlidc İngiltərə-Türkiyə əlaqələrinin ən güclü dönəmində olduğunu sölyəyib.
Nazir bu münasibətlərin hər zamankından daha güclü olduğunu vurğulayıb.
İstanbula səfər edən ingilis nazir Türkiyədə Prezidentlik Müdafiə Sənayesi başçısı Haluk Görgünlə görüşüb.
Müdafiə Sənayesi Sərgisinə (IDEF 23) qatılan Ceyms Kartlidc cihaz, satış və ortaq sahələrdə daha çox işbirliyi fürsətləri də daxil olmaqla, bir sıra mövzuları müzakirə edib. İki ölkə arasında müdafiə əlaqələrinin güclənəcəyi mesajını verib.
“Ortaq təhlükəsizlik problemlərimizi ələ almalıyıq”, -deyə Ceyms Kartlidc söyləyib.
Tərcümə: Arzu