
İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan arasında 7 illik fasilədən sonra ilk dəfə Pekində danışıqlar başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlar zamanı iki ölkənin səfirlik və konsulluqlarının yenidən açılması ilə bağlı praktiki addımların atılması, həmçinin ikitərəfli münasibətlərin bəzi aspektləri müzakirə olunub.
–
Gununsesi.info