Bakıda gecə saatlarında partlayış olub - FOTOLAR /YENİLƏNDİ

Bakıda binanı istiliklə təmin edən qazanxanada baş verən partlayışla bağlı “Azəristilik” ASC açıqlama verib.

Qurumdan bildirilib ki, sözügedən ərazidəki qazanxanada sızıntı olub:

HTML tutorial

“Su sızıntısı olub, təmir edilib və əraziyə istilik verilib”.

11:25

Bakıda Nizami rayonu ərazisində yerləşən qazanxanaların birində partlayış baş verib.

Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Belə ki, gecə 04 radələrində Əli Vəliyev küçəsi, 3 ünvanında bir neçə binanı istiliklə təmin edən qazanxanada naməlum səbəbdən partlayış qeydə alınıb.

Hadisə zamanı ətrafdakı avtomobillərə ziyan dəyib.