Türkiyə Şimali İraqa hava məkanını qapatdı

  • By arzu
  • 05 Aprel 2023 17:31

Türkiyə Şimali İraqın Süleymaniyyə şəhərinə uçuşlar üçün hava məkanını qapadıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

HTML tutorial

Xəbərdə bildirilir ki, Türkiyə üzərindən uçuş edən təyyarələr İraqın Süleymaniyyə şəhərinə gedə bilməyəcək. Rəsmi ankara bu addıma səbəb kimi, son zamanlarda Süleymaniyyə şəhərində PKK Terror Təşkilatının fəaliyyətlərinin artmasını və təşkilatın hava limanına sızması, həm də uçuş təhlükəsizliyini təhdid etməsi ilə əlaqələndirib.

3 iyul 2023-cü ilə qədər davam edəcək qərar həm eniş, həm də qalxış edəcək təyyarələr üçündür.

Nazirlik açıqlamasında həmin tarixə qədər olayları yaxından izləyəcəyini və yeniliklər çərçivəsində qərarı yenidən gözdən keçirəcəyini vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununseis.info