
Ramazan ayının davam etdiyi bu günlərdə İsrail təhlükəsizlik qüvvələrinin Məscidi-Əqsanın içində qaz bombası partlatması və fələstinlilərin əl-qolunu bağlayaraq rəzalətə səbəb olacaq görüntülər rəsmi Ankaranı ayağa qaldırıb. İki ölkə arasında siyasi skandala səbəb olacaq hərəkətlər etirazla qarşılanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı qınama mesajları açıqlayıblar.
Nazir Çavuşoğlu İsrail polisinin saxur orucu vaxtı gerçəkləşdirdiyi basqına etirazını bildirərək bunları deyib:
“İsrail həddini aşdı. Şiddəti lənətləyirik. Bu işin təqibçisi olacağıq. İsraillə dialoq başladı, ancaq bu dialoq Fələstin bahasına ola bilməz. Prinsiplərimizdən güzəəşt etməyəcəyik. Özəlliklə, Ramazan ayında belə bir provakasiyanın olmaması ilə bağlı onları dəfələrlə xəbərdar etdik. Bu, qəbuledilməzdir. İsrailin etdiyini qəbullanmaq mümkün deyil”.
Çavuşoğlu bu mövzunun Ankara-Təl-Əviv arasındakı görüşdə gündəmə gətiriləcəyini bildirib.