Hindistanda “Toy hədiyyəsi” partladı – Bəy və qardaşı faciəvi şəkildə öldü

  • By arzu
  • 05 Aprel 2023 18:11

Hindistanda yeni evlənən bir nəfər və onun qardaşı “toy hədiyyəsi” səbəbindən partlayış zamanı həlak olublar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, polislər bomba yerləşdirilmiş kino sistemi kimi verilən “toy hədiyyəsi”nin gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyini bildirib. Şübhəli keçmiş sevgili istintaq çərçivəsində polis nəzarətinə alınıb.

HTML tutorial
Yeni evlənən cütlüyün evində yaşanan olay zamanı 4 nəfər yaralanıb. Elektrikə taxılar-taxılmaz alətin güclü partlayışı ilə evin çatısı və divarları yerə çöküb. 

Partlayışın arxasında qızın keçmiş sevgilisinin olacağı ehtimal edilir. Məlumata görə Sarju Markam adlı keçmiş kişi sevgilisi keçmişdə 29 yaşlı gəlinlə münasibətinin olduğunu və onun israrla ikinci sevgilisi olmaq təklifini qəbul etmədiyin üçün belə bur addım atdığı bildirilir.

Şübhələnilən Markam istintaq çərçivəsində nəzarət altına alınıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununseis.info