
Qarabağ uğrunda sona qədər mübarizə aparacağına söz verən Ruben Vardanyan Qarabağı tərk etdi.
Gununsesi.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Ruben Vardanyan Xankəndidə camaatı toplayıb, deyib ki, guya onun səhhətində problemlər var və Qarabağı tərk etməlidir, lakin sakinləri inandırmağa çalışıb ki, bu, onun daha “Artsax” uğrunda döyüşməyəcəyi anlamına gəlmir. Vida mərasiminin ertəsi günü Vardanyan Xankəndini tərk edib.
Erməni mətbuatı xatırladır ki, “bu, həmin Ruben Vardanyandır ki, son aylarda “Artsax” uğrunda ölməyə belə hazır olduğunu daim təkrarlayırdı. Aydın məsələdir ki, Vardanyanın səhhətindəki problemlərə görə Qarabağı tərk etməsinin səbəbləri, sadəcə, kiçik bir hiylədir. Axı o, özünə haqq qazandırmağa çalışmalı idi”.
Şəbnəm
Gununsesi.info