Ərdoğandan KƏSKİN ÇIXIŞ: “İsrailin etdikləri zülm siyasətidir” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Təqaüdçülərlə iftar” proqramında İsrail polislərinin məscidə hücumu ilə bağlı kəskin çıxış edib.

Gununsesi.info xəbər verir ki, Ərdoğan, “Türkiyə hücumlar qarşısında səssiz qala bilməz. “Məscidül-Aksa”ya uzanmaq, “Hərəmi Şərif”in müqəddəsliyini tapdalamaq bizim qırmızı xəttimizdir” dedi.
İsrailin “Məscidül-Aksa” və müsəlmanlara hücumlarına sərt reaksiya verən prezident Ərdoğan, “İsrail polisinin “Məscidül-Aksa” və Fələstin müsəlmanlarını terror aktlarına görə hədəf almasına kədər və qəzəbimizi bildirirəm. Bütün səmimiyyətə baxmayaraq. İsrail rəhbərliyinin xəbərdarlıq və təklifləri ilə bu şiddət dalğasının arxasında yaşadığı sıxıntının olduğu anlaşılır. Bunun adı zülm siyasəti, qan siyasəti, təxribat siyasətidir” dedi.

HTML tutorial

 

Şəbnəm

Gununsesi.info