“Unibank”da talama - VƏTƏNDAŞLARIN ƏMANƏTLƏRİ MƏNİMSƏNİLİB

  • By admin
  • 03 Aprel 2023 11:41

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının filiallarında vətəndaşlara məxsus əmanətlərin mənimslənilməsi halları hələ də qalmaqdadır.

Bankların müxtəlif filiallarına rəhbərlik edən şəxslər oradakı əmanətləri talan edir.

HTML tutorial

Təbii ki, bu talammanın sonu həbslərlə yekunlaşsa da nəticədə vətəndaş illərlə əziyyət çəkməli olur.

Gununsesi.info-ya daxil olan bir xəbərdə eyni halın “Unibank”da  baş verdiyi deyilir.

Məlumata görə, bir neçə rayondakı filialında belə hallar baş verib.  Bildirilir ki, bank rəhbərliyi olayın ictimailəşməməsi üçün əmanətləri mənimsənilən vətəndaşlardan möhlət istəyib.

Məsələ ilə bağlı adıçəkilən bankdan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb.

 

Xatırladaq ki, buna bənzər olay bir neçə il əvvəl “Texnikabank”ın Binəqədi filialında Zal Yusifovun rəhbərliyi ilə baş vermişdi. Banka əmanət qoyan onlarla müştərinin milyonlarla vəsaiti Zal Yusifov və onun oğlu tərəfindən talan edilmişdi.

Hər iki ata-oğul buna görə uzun illər həbsə məhkum edilib.

 

Elmar Elnuroğlu

Gununsesi.info