
Ormanda gəzintiyə çıxan Josh Highcliff adlı ovçunun qorxu içində çəkdiyi görüntülər maraqla qaşılanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gəzərkən qarşısında bir qaraltı görən və bunu önəmsəməyən ovçu gerçəyi bildikdə, çaşqınlığa uğrayıb.
Gördükləri ilə şok olan adamın çəkdiyi görüntülər sosial medianı çalxalayıb. Görüntüdəki fiqurun “Sasquaç” olduğu söylənilib.
“Yabanı insan” anlamına gələn bu varlıq meymunabənzərliyi ilə seçilir.
Josh Highcliffin çəkdiyi görüntülər qısa zamanda böyük marağa səbəb olub. Qolları ayaqları olan bu canlını bəziləri meymuna, bəziləriysə ayıya bənzədiblər. 2.1 metr hündür boyu olan, ağacı qazıyan canlı ilə bağlı yazılanlar böyük maraq oyandırıb.
Atletik bədəni ilə inanılmaz böyük olan canlı ayağa qalxaraq hündüz çiyinlərinin və dik başınnı görülməsinə səbəb olub.
Onun ayağa qalxması ilə ovçu qorxu anları yaşamağa başlayıb.