
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı Yüksək Seçki Qurumunun (YSK) (Mərkəzi Seçki Komissiyası-red.)üzvlərini təhqir etdiyi iddiası ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi qadaş ölkədə yeni siyasi gərginliyə səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin əsas müxalif siyasi qüvvələrini özündə birləşdirən “Altılı Masa” bu gün İstanbulda mitinq təyin edib.
Bildirilir ki, Almaniyada səfərdə olan CHP lideri Kamal Kılıcdaroğlu səfər proqramını yarımçıq qoyaraq, İstanbula dönüb.
Bundan başqa digər müxalifət liderləri də xalqı İstanbulda “Sarlçhane”yə dəvət edib.

Əkrəm İmamoğlu barəsindəki məhkəmə qərarını siyasi adlandırıb.
O, deyib ki, bu qərar 2023-cü il seşkilərinə görədir: “Biz İstanbulu qurtardığımız kimi bütövlükdı Türkiyəni də qurtaracağıq”.
Günay
Gununsesi.info