
Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsinin, rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirib ki, ilkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib.
A.Alıyev Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.
Hadisə ilə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Gununsesi.info