
“Tərtər İşi” üzrə 5 il susanlar, bu faciəni nağıl hesab edənlər, Zakir Qaralovun cinayətlərini 20 il ört-basdır edən deputatlar indi çıxıb xalqa deyirlər ki, sabiq Baş Prokuror Zakir Qaralov və Hərbi prokuror Xanlar Vəliyev üzr istəməlidirlər.
Bunu Gununsesi.info-ya açıqlamasında Baş Prokurorluğun sabiq işçisi Tofiq Ağacanov bəzi deputatların sabiq baş prokuror Zakir Qaralov haqqında gecikmiş tənqidlərinə münasibət bildirərkən deyib.
Oun sözlərinə görə, Tərtərdə hərbçilərin öldürülməsi, işgəncə alması ilə nəticələnən dəhşətli olaylardan sonra onların yaxınları Milli Məclisin və Prezident Administrasiyasının binasnın qarşısında fəryad edəndə həmin deputatlar bunu görməzdən gəlirdilər: “İşgəncəyə məruz qalıb öldürülənlərin və qanunsuz cinayət məsuliyyətinə cəlb edənlərin valideyinləri dəfələrlə parlamentə şikayətlər yazıb. Həmin insanların fəryadını əksər xəbər saytları, youtube kanalları yayırdı. Bu gün Zakir Qaralovu tənqid edənlər qanunverciliyin dəyişdirilməsinə- Baş prokurorun iki dəfədən artıq seçilməsinə olan məhdudiyyəti ləğv edənlərdir. Həmin adamlar Zakir Qaralovun baş prokuror təyin edilməsi üçün də 4 dəfə səs veriblər. O zaman da bilirdilər ki, Zakir Qaralov hansı əməllərin sahibidir”.
Hüquqşünas hesab edir ki, həmin deputatlar Zakir Qaralovun üzr istəməsini yox, cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməlidir.
Günay Təhməzova
Gununsesi.info