
İstanbulun Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı Yüksək Seçki Qurumunun (YSK) (Mərkəzi Seçki Komissiyası-red.)üzvlərini təhqir etdiyi iddiası ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi qadaş ölkədə yeni siyasi gərginliyə səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin əsas müxalif siyasi qüvvələrini özündə birləşdirən “Altılı Masa” bu gün İstanbulda mitinq keçirib.
On minlərlə insanın qatıldığı mitinqdə Prezident ərdoğan sərt tənqid edilib.
Müxalifət liderləri Ərdoğanı Türkiyə demokratiyasına zərbələr vurmaqda ittiham ediblər. Əkrəm İmamoğluna qarşı məhkəmə qərarını sifarişli adlandıram müxalifət liderləri buna baxmayaraq, Türkiyədə demokratiyanın məğlub edilməsinə imkan verməyəcəklərini bəyan ediblər.



Günay Təhməzova
Gununsesi.info