Məhkəmə qərarı ilə qopan fırtınanın arxasında faşist zehniyyəti var -ƏRDOĞAN İMAMOĞLU İLƏ BAĞLI HÖKMDƏN DANIŞDI

  • By admin
  • 17 Dekabr 2022 16:17

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun cəzalandırılması ilə bağlı ilk dəfə danışıb.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan yekun qərarın olmadığını deyib və bildirib ki, kimlərinsə öz daxili döyüşlərini aparmağa çalışır.

HTML tutorial

 

Son vaxtlar məhkəmə qərarı ilə qopan fırtınanın arxasında faşist zehniyyəti var. Bu mübahisənin nə bizimlə, nə mənimlə, nə də millətimizlə heç bir əlaqəsi yoxdur” deyən Ərdoğan əlavə edib:

“Mövzu yalnız bir şəxsin başqalarını təhqir etdiyinə görə məhkum edilməsidir.

Məhkəmə qərarının açıqlanmasından sonra deyilənlərə baxanda həm gülürük, həm də kədərlənirik. Kimlərinsə daxili çəkişmələrini və Bizans tipli taxt oyunlarını başımıza keçirməyə çalışdığını görəndə kədərlənirik. Qarşımızda olan mənzərə aydındır.Konstitusiyanın 138-ci maddəsində deyilir ki, hakimlər öz vəzifələrini qanuna uyğun şəkildə yerinə yetirirlər.Biz çarəni milli iradədə gördük”.

Tərcümə:

Günay Təhməzova

Gununsesi.info