
İngilis elm adamları körpənin ürəyini kök hüceyrə injeksiyası (içə yerləşdirmə) yaxşılaşdırnağı bacarıblar
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bristol Universitetindən professor Massimo Kaputo və komandası doğuşdan ürək xəstəliyi olan və indi 2 yaşında sağlam bir uşaq olan Finleyi ürəyinə yeritdikləri kök hüceyrə ilə yaxşılaşdıra biliblər. Finleyə edilən tibbi əməliyyat dünyada bir ilkdir və onun sağlamlaşmasına səbəb olub.
Uşaq ağciyərlərə və bədənə qan təmin edən iki ana arteriyanın yanlış yerdə olması (“Böyük arterlərin transpozisiyası”) səbəbindən ürək problemi ilə doğulub. Hələ 4 günlük olarkən açıq ürəy əməliyyatı keçirən Finleyin yaşamaq şansının az olduğunu bildirən həkimlər Finleyi əməliyyatdan sonra ürəyinin və ciyərlərinin funksiyasını təhvil alan bir makinaya bağlayıblar. Əməliyyat sonrasında ürək funksiyalarını böyük ölçüdə itirən Finley həftələrlə dərman müalicələri aldı.
Professor Kaputo və komandası ona qarşı qeyri-adi bir iş-hərəkət proseduru tətbiq edib. Uşağın ürəyinə birbaşa bəlli bir tipdə olan kök hüceyrə injeksiya edib. Yerləşdirmə əməliyyatının məqsədi kök hüceyrə injeksiyası ilə Finleyin qəlbinin sol tərəfinə gedən qan axışını artırmaq üçün zərərli qan damarlarının inkişafını təmin etmək olub.
Əməliyyatdan sonrakı durumu anladan uşağın anası Melissa Hudd “Kök hüceyrə müalicəsindən sonra 2 həftə içində Finleydə bir dəyişiklik sezdik. Evə ilk dəfə hələ 6 aylıqkən gecələri nəfəs almasına köməkçi olan bir makina ilə gəldi”, deyib.
O, əməliyyatdan sonra oğlunun sağlamlığının yaxşı olduğunu bildirib.
Tərcümə: Arzu Sayadoğlu